“Xanımlar deyir ki, uşağı neynirəm?”

“Ailə qurmağı niyə istəmirəm ki? Özümü tərifləmək kimi çıxmasın, lakin çox ailəcanlı insanam. Mənim ailəmdən, dostlarımdan soruşsanız, bilərsiniz”.
Minval.info xəbər verir ki, bu sözləri “Tarixin bir günü” verilişində müğənni Aysel Əlizadə deyib. O bildirib ki, çox ailəcanlıdır və ailə qurmaq istəyir:
“Bəzən doğma anam deyir ki, səndən yana gözüm arxada deyil. Bilirəm ki, uşağın olsa, gözün kimi baxacaqsan. Bu hər bir xanımın arzusudur. Məsələn, başqa ölkələrdə oluruq, oradakı xanımlar deyir ki, karyera quracam, uşağı neynirəm? Azərbaycanlı qadınlar isə ailəcanlı, həyat yoldaşını, övladlarını sevəndir. Pis qadın yoxdur, onun qədrini bilməyənlər ola bilər. Həqiqətən də pis xanım olmur. Xanımlar yalnız sevilməyi diqqəti istəyir. Biz çox şey istəmirik. Onu da əldə edəndə ən xoşbəxt xanım oluruq”.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır