“Xanımımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki?”
Meyxanaçı Aqşin Fateh şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.
Minval.info xəbər verir ki, o, bu barədə fikirlərini Lent.az -ın canlı yayımında qonaq olarkən ifadə edib.
Meyxanaçı bildirib ki, həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşmaq Azərbaycan kişisinə uyğun xüsusiyyət deyil:
“Şəxsi həyatımda gizli saxlanacaq işim yoxdur. Sadəcə, evimin içini göstərmək istəmirəm. Hansı kişi evində baş verənləri çöldə danışar? Mənim 2 qız və 2 oğul övladım var. Oğlanlarımla şəkillərimi paylaşıram. Sadəcə, qadın xeylağı elədir ki, Azərbaycan kişisi onu qorumalıdır. Məşhur adamların ailə üzvləri tanınanda, cəmiyyətdə onlara diqqət olur. Xanımımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki? Bu, Azərbaycan kişilərində olmayıb axı. Çıxarıb millətin qabağında xanımını göstərsin… Şou aləmində elə insanlar var ki, ailə fotolarını paylaşırlar. Bu da onların öz işləridir. Onlara nəsə deyə bilmərəm. Sadəcə, mən böyüklərimdən, həm də islamı baxımdan, dədə-babalarımdan kişi xarakteri olaraq özümə örnək götürmüşəm. Bu da mənim seçimimdir. Başqasının işinə qarışa bilmərəm. Hər zaman çalışıram ki, şəxsi həyatımı cəmiyyətdən gizli saxlayım”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!