Xamenei Rusiyanın Ukraynadakı işğalını dəstəklədi
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə görüşüb.
“Qafqazinfo” “İRNA”ya istinadən xəbər verir ki, görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub.
“Müharibə münaqişələrin həll edilməsi üçün sərt vasitədir və İran heç bir halda sadə insanların üzərinə qoyulan çətinliklərin tərəfdarı deyil. Lakin Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, əgər siz (Rusiya – red.) vəziyyəti öz nəzarətiniz altına almasaydınız, digər tərəf öz təşəbbüsləri ilə müharibənin başlamasına səbəb olardı”, – deyə Xamanei söyləyib.
Onun sözlərinə görə, Qərb qüvvələri güclü və müstəqil Rusiyanın mövcudluğuna qarşıdırlar.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Rusiya tərəfi sözügedən bu hərbi müdaxiləni xüsusi hərbi əməliyyat adlandırır. Əməliyyat nəticəsində Rusiya Ukraynanın Xerson, Zaporojye vilayətləri də daxil olmaqla bir neçə bölgələrinə nəzarəti ələ keçirib. Müharibə zamanı çox sayda dinc sakin həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb