Xalq yazıçısı Anar dənizdə boğulmaqdan son anda xilas olub
Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə o, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib.
İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib: “Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. O saat uşaqlar, cavanlar dənizə tullanıb çimirdilər. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dedim madam ki, çıxmışam, bir dəfə mən də çimim.
Otelin hovuzunda çimirdim, dedim dənizə də baş vurum. Özümü göyərtədən dəniz atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu. ““Fəryad” qışqırım, ya türkcə “imdad” qışqırın, “SOS” deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm. Birdən səs gəldi ki, “Anar müəllim, əlinizi verin!” Əlimi uzatdım. Tutdu əlimdən, gəmiyə doğru dartdı. Gəmiyə çatandan sonra məhəccərdən yapışıb yuxarı qalxdım. Ramil adlı həkim orda olmasaydı, bəlkə də fəlakət olacaqdı. Demə, o da ailəsi ilə istirahətə gəlibmiş. Yoldaşı da həkimdir, iki dənə də balaca uşağı var. Onlar da Azərbaycandan istirahətə gəlibmişlər. Dedi görüşərik. Amma səhəri gün mən Bakıya döndüm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi
Pirşağı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO)
Bakıda avtomobil yolu keçən piyadanı vurub öldürdü
Bakıda səkkiz nəfər supermarketin mühafizəçisini döydü
Bakıda gənc oğlan 17 mərtəbəli binaya çıxıb intihar etmək istədi - VİDEO
Tanınmış azərbaycanlı müğənnini küçədə döydülər - Video