Xalq artistinə qarşı təxribat – Zəhərləmək istədilər (Video)
Xalq artisti Zülfiyyə Xanbabayeva aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, uzun müddətdir ekranlarda görülməyən Xanbabayeva verilişdə maraqlı açıqlamalar verib. O bəzi həmkarlarının ifasını şərh edərək, illər öncə Tarkanın konsertində yerli şou nümayəndələri tərəfindən təşkil olunan təxribatdan danışıb:
“Dəfələrlə mənə qarşı təxribatlar olub. Özüdə bunu təşkil edən müğənnilər olub. Kim olduqlarını bilmişəm, lakin onlara bildirməmişəm. Mən konfliktə getmirəm. Çünki emosional adamam və özümü itirə bilərəm. Bir təxribat Tarkanın konsertində baş vermişdi. Konsert ərəfəsində bir şey verib zəhərləmək istəyirdilər.Bu bir restoranda baş vermişdi və mən buna hazırlıqsız idim. Gözləmirdim. İndi onlarla görüşəndə salamlaşıram. Allahın salamıdır”.
Minval.info
https://www.youtube.com/watch?v=9R50NtXjuAE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
