“Xalq artistidir, gənc ifaçıları aşağılayır”
“İstər bizdən yaşca böyük sənətkarlar, istər bu sahədə illərlə çalışan insanlar yeni ifaçılarla bağlı danışanda etiket qaydalarına riayət etsinlər”.
Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Damla Xalq artisti Tünzalə Ağayeva barədə sualı cavablandırarkən deyib.
O, “33 sual” rubrikasında sənətçinin “Ağıllılar, işini bilənlər kənara çəkiləcəksə, övladlarımız yazıqdır, onların zövqü nə olacaq? Bu meydan meymunlara qalsın?” sözlərinə belə münasibət bildirib:
“Bu gün mən gənc sayılıram, hansısa Xalq artisti əl sallayaraq və kəskin şəkildə çox sərt halda təhqir edirsə, illər sonra mən də eyni reaksiyanı gələcəkdəki gənc ifaçılara qarşı verəcəm. Çünki belə görüb götürmüşəm axı. Baxıram ki, Xalq artistidir, yeni gələn ifaçını aşağılayır. Mən də gələcəkdə onun kimi olsam, eynisini etməliyəm. Bizi təhqir etmək, yaradıcılığımızı gülüş obyektinə çevirmək, ələ salmaq olmaz. Yaxşı status qazanmısansa, ona layiq çıxış etməlisən. Tünzalə xanım uzun illər pedaqoq kimi fəaliyyət göstərib. Gözəl bəstəkardır. O cığır, o səpki və o adı olan bir xanım daha gözəl çıxış edə bilərdi”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!