Xalq artisti gülyaz məmmədovadan gənc müğənnilərə məsləhət: Həyat yoldaşınızın istəmədiyi işi görməyin
Xalq artisti Gülyaz Məmmədova son illərdə televiziya kanallarında müşahidə olunan dəyişikliklər barədə fikirlərini bölüşüb. O, bu barədə “Künc-bucaq” adlı YouTube layihəsində danışıb.
Minval.info xəbər verir ki, müğənni efirdə sənətə daha çox diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, kanalların estetikası yaxşılaşıb və hər şeyə, o cümlədən geyim və söhbətlərə ciddi nəzarət edilir. Tələbələrinə efirə çıxmaq üçün imkan yaradıldığını bildirən Məmmədova, əvvəllər şou xarakterli çıxışların olduğunu, lakin indi sənət nümayişinin ön planda olduğunu qeyd edib. O, bəzi verilişlərin yalnız oynaq mahnılara üstünlük verməsini tənqid edərək, klassik musiqinin də vacib olduğunu bildirib.
Müğənni, həmçinin gənclərin məşhurları təqlid etməsini tənqid edərək, hər kəsin öz imkanlarına uyğun davranmalı olduğunu vurğulayıb. O, mərhum tarzən Habil Əliyevin “boşanan müğənni olur” sözlərini xatırladaraq, müğənnilik peşəsinin çətinliklərindən bəhs edib. Məmmədova, bəzi gənc qızların restoranlarda oxuyaraq pul qazandığını, lakin indi süni intellektlə mahnı hazırlayıb oxuduqlarını qeyd edib.
ƏLAQƏLİ
Ağdaşda 17 yaşlı qızın toyu polis müdaxiləsi ilə dayandırıldı: Valideynlərə xəbərdarlıq edildi
Sənətçi ailə həyatına da toxunaraq, həyat yoldaşının istəmədiyi halda müğənnilik etməməyin daha doğru olduğunu bildirib və öz təcrübəsindən misal gətirərək ailəsini seçdiyini əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ceki çanın Bakıda çəkiliş macərası: Kaskadyorluq zamanı zədələndi
Səfərbərlikdə rüşvət qalmaqalı: Yüksək rütbəli zabitlər məhkəmə qarşısında