Xalq artisti gənclərə çağırış etdi: "öz yolunuzu tapın, təqlid etməyin
Xalq artisti Gülyaz Məmmədova son illərdə televiziya kanallarında müşahidə olunan dəyişikliklər haqqında fikirlərini bölüşüb. O, çıxışında efirlərdə sənətə daha çox diqqət yetirildiyini vurğulayıb.
Minval.info xəbər verir ki, Məmmədova “Künc-bucaq” adlı YouTube layihəsində iştirak edərək, müasir dövrdə kanalların daha estetik və nəzarətli olduğunu bildirib. O, tələbələrinin efirə çıxması üçün daha yaxşı şəraitin yaradıldığını qeyd edib. “Əvvəllər şou proqramlar üstünlük təşkil edirdi, amma indi sənət nümayiş olunur. Verilişlərdə yalnız oynaq mahnılara üstünlük verilməsi düzgün deyil, klassik musiqilər də yer almalıdır,” – deyə o əlavə edib.
Müğənni, həmçinin gənclərin məşhurları təqlid etməsini tənqid edərək, onların öz yollarını tapmasının vacibliyini vurğulayıb. “Gənclər bəzən məşhurların bahalı həyat tərzini təqlid etmək istəyirlər. Amma hər kəs öz imkanlarına uyğun hərəkət etməlidir,” – deyə Məmmədova bildirib.
Gülyaz Məmmədova müğənnilik peşəsinin çətinliklərindən danışaraq mərhum tarzən Habil Əliyevin sözlərini xatırladıb. O, müğənni olmanın ailə həyatına təsir edə biləcəyini qeyd edib və şəxsi təcrübəsindən danışaraq “Yoldaşın istəmirsə, oxuma. Mən də ailəmi seçdim,” – deyə vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır