Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ - AÇIQLAMA - FOTO

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib.
Publika.az-a açıqlama verən Gülyanaq Məmmədova bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi olmayıb:
“Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib. O, Şəkidə doğulub boya başa çatdığı doğma yurdunda dəfn olunacaq. Bundan xəbərim yox idi, hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərdəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilməyəcəm. Zəng edib baş sağlığı verən hər kəsə təşəkkür edirəm”.
Xalq artisti atası haqqında təəssüratlarını bölüşüb:
“Çox yaxşı insan idi, heç kimin xətrinə dəyməzdi. Yeganə təsəllim odur ki, atam çox gözəl və xoşbəxt ömür sürüb. Şükürlər olsun ki, övlad dağı görməyib, uşaqların daim ətrafında olub, qayğısına qalan həyatı yoldaşı olub”.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır