Xaləddin İsgəndərovun başı dərddə: Binəqədidə yoxlamalar başladı
Binəqədi rayonunda ciddi yoxlamalar başlayıb.
Minval.info bakupost-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun göstərişi ilə başladılan yoxlamalarda əsasən qanunsuz tikililər araşdırılır. Məlum olub ki, Binəqədi ərazisində saysız-hesabsız qanunsuz tikililər var.
Tikinti aparılması qadağan olunmuş ərazilərdə Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi ilə evlər, iaşə obyektləri inşa edilib. Bunların çoxu Neft Şirkətinin ərazisi, yaşıllıq zonalarda aparılıb. Araşdırma qrupu bu tikililərin siyahısını hazırlayır, saxta sənənədlərin verilməsində İcra Hakimiyyəti ilə yanaşı başqa hansı qurumların iştirak etdiyini araşdırır. Araşdırma aparıldığı üçün rayon ərazisində demək olar ki, bütün tikinti və sənədləşmə işləri dayandırılıb.
Məlum olduğu kimi, bu tikililərin böyük hissəsi 2012-ci ildən rayona rəhbərlik etmiş Xaləddin İsgəndərovun vaxtında aparılıb. Buna görə də yoxlamalar yekunlaşandan sonra sabiq başçının aidiyyəti qurumlar tərəfindən sorğu-suala çəkiləcəyi şübhə doğurmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
