Xaçınçay su anbarı və ətrafı minalardan tam təmizlənib
“Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) də bütün aidiyyəti qurumlar kimi azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsinə cəlb edilib”.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun əməkdaşı gizir Bəhram Məmmədov deyib.
Onun sözlərinə görə, işlər sürətlə və intensiv şəkildə aparılır: “Bu il yanvarın 3-dən etibarən Ağdam rayonunun Maqsudlu kəndində və Xaçınçay su anbarı və ondan qidalanan kənd təsərrüfatı təynatlı kanalların ətrafının mina və partlamamış mərmilərdən təmizlənməsi sürətlə davam edir. Artıq Xaçınçay su anbarı və onun ətrafı tam şəkildə mina və partlamamış mərmilərdən təmizlənib. Hazırda Maqsudlu kəndi ərazisində eyniadlı kanalın ətrafı minalardan təmizlənir. Mülki əhaliyə bir daha müraciət edirəm ki, polis postlarından yayınaraq keçməsinlər”.
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ