Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTO
Xəzəryanı dövlət başçıları Aktauda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Oxu.Az xəbər verir ki, təntənəli mərasim zamanı Konvensiyanı Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və İran prezidenti Həsən Ruhaniimzalayıblar.
Ekspertlər liderlərin imzaladığı sənədi Xəzər dənizinin “konstitusiyası” adlandırırlar.
Konvensiyaya əsaən, Xəzər xüsusi hüquqi statusa malik olacaq. Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilər.
Konvensiyaya əsasən, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür.
Beləliklə də, bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!



