Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı...
Saat 10.30-a olan məlumata əsasən, Xəzər dənizi akvatoriyasında “Günəşli”yatağı ətrafına dalğanın hündürlüyü 6,2 metrə qədər yüksəlib.
Bunu BakuPost-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:
“Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Noyabrın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mübariz Qurbanlı: “Qadın din xadimlərinə ehtiyac getdikcə artır”
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Siyavuş Novruzov istefa verdi
Seymur Mərdəliyev Azərbaycanın Ukraynadakı səfiri təyin edildi
Prezident yol polislərinə verilən maşınlara baxdı - FOTOLAR
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi