Xəzər Universitetinin yeməkxana müdiri ciddi cəzalandırılacaq
Xəzər Universitetinin bufetində biabırçı elan asılması ilə bağlı məsələ aktuallaşıb. Bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov ictimailəşdirib. Belə ki, universitetin bufetində tələbələrə kənardan yemək gətirilməsi qadağası ilə bağlı absurd elan asılıb. Elanda həmçinin qeyd olunub ki, bufetə kənardan yemək gətirən şəxslər töhmət alacaq.
Sfera.az xəbər verir k, çəsələ ilə bağlı Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli Bizim.Media-ya açıqlamasında yeməkxana müdirinin qanunsuz hərəkətini təsdiqləyərək, rəhbərlik səviyyəsində ciddi cəzalandırılacağını bildirib:
“Şəxsən iştirakımla bu gün səhər 7:30-da həmin elanı yıtrıb atmışıq. O bizim yeməkxana müdirinin səlahiyyətlərini aşma həddidir. Onu da bu gün rektorluğa dəvət etmişik və ciddi cəzalandırılacaq. Həmçinin təkrar ciddi xəbərdarlıq ediləcək. Yeməkxana müdirinin bu tip elan asma haqqı yoxdur. Assa belə, töhmət verə bilməz. Çünki bu, onun səlahiyyət həddində deyil”.
Əlövsət Əmirbəylinin sözlərinə görə ümumiyyətlə elə bir elanın asılması absurd və çox biarbırçı bir məsələdir:
“Çox ayıb bir şeydir. Mən onu anlayıram və sizə də haqq verirəm. Universutetin nizamnamə və əsasnaməsi var. Orada töhmət vermək və ya xəbərdarlıq etmək bilavasitə universitet rəhbərinə məxsusdur. Bu gün artıq yeməkxana müdiri barəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda uşaq yaşda ölüm sayı yüksəkdir
Prezident İlham Əliyev: Bu cinayəti törədənlər...
Şənbə gününün hava proqnozu açıqlanıb
Bakıda böyük təhlükə yarandı - Hacıbala Abutalıbovdan açıqlama
“Metropark”ın yaratdığı dözülməz vəziyyət - Kanalizasiya suları... - FOTO
Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir
İcra Hakimiyyətində yeni təyinat