““Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar, amma...” – Məşhur aparıcı
Bir həftə öncə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ictimai əlaqələr və piar üzrə mütəxəssisi vəzifəsinə təyin olunan teleaparıcı Fira Cəlilova bir çox həmkarlarının bu xəbərə sevinmədiklərini söyləyib.
Minval.info.ya açıqlama verən aparıcı “Xəzər” televiziyasından uzaqlaşmasından da danışıb:
“Televiziyada işləyən bir çox dostlarım sevinsə də, sevinməyənlər də oldu. Onu da deyim ki, AzTV, “Space” TV və ARB TV ilə əməkdaşlıq edirəm. Özümün “production”um var. Onlara keyfiyyətli proqramlar hazırlayıb verirəm.
Düzdür, özüm aparıcılıq etmirəm, amma gənc aparıcılar yetişdirirəm. Əməkdaşlıq etmədiyim kanallar isə “Lider” TV ilə “Xəzər” TV-dir. “Xəzər” TV-də uzun illər çalışmışam. Ora layihə təqdim etməmişəm”.
Fira “Çoxları mənim “Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar. Amma bu belə deyil”, – deyib, qalmaqallı məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxardı:
“Toliklə dalaşmamışdım. Tolik sənə əsəbləşir, hirslənir, atır “qara siyahıya”. Amma nə əcəbsə məni “qara siyahı”ya atmadı. Bir-birimizin qəlbinə dəymişdik. Ad günündə ona təbrik mesajı yazdım.
“Bu təbriklərin arasında sənin təbrikini çox sevdim” cavabını yazmışdı. Ondan sonra bir-iki dəfə onun etdiyi tədbirlərə getmişəm, mənim də tədbirlərimə gəlib. Çoxları mənim “Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar. Amma bu belə deyil. Tolikin o söhbətə aidiyyatı yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır