Xəyalədən "Maşınımı niyə vermirlər?" sözlərinə açıqlama
“Maşın şou”nun qalibi, tanınmış teleparıcı, aktrisa Xəyalə Quliyeva avtomibilini hələ almadığını bildirib.
Publika.az-a açıqlama verən məşhur “5-ci element” verilişində qonaq olarkən yayılan kadrlara aydınlıq gətirib:
“Mən heç o videonu görməmişəm. Onu kimin və harada çəkdiyindən heç xəbərim olmayıb. Bəli, maşını hələ verməyiblər. Lakin bu, o demək deyil ki, verməyəcəklər, hələ sənədləşmə işləri gedir. Dövlət yol polisi idarəsinə gedib avtomobili adıma keçirtməliyəm. Niyə camaat hələ verməyiblər sözünü verməycəklər kimi başa düşür? Bu boyda camaatı aldatmaq olmaz ki. Efirdə çox yüksək səviyyədə təşkil olunmuş şou yayımlanıb. Verilişin tarixində də elə hadisə olmayıb ki, maşını verməsinlər. Niyə adi sözümü sensasiyaya çeviriblər bilmirəm”.
Xatırladaq ki, əməkdar artist Ruhəngiz Allahverdiyevanın “5-ci element” verilişinin kadrarxası görüntülərindən paylaşdığı videoda aparıcı Xəyalə “Maşınımı vermirlər, e…?” deyə sual edib. Sözügedən görüntülər sosial şəbəkədə marağa səbəb olub.
“Maşın şou”nun qalibi verilişin sponsorlarından olan yerli zavodlarından birinin ona hədiyyə etdiyi 500 kisə sementi evinin tikintisində istifadə edəcəyini qeyd edib:
“Hazırda Buzovnada bağ evi tikdiririk, yəqin ki, lazım olan qədəri ora istifadə edilər. Maşın üçün də qaraj tikə bilərəm. Qalanını bəlkə satdım. O qədər sementlə nə edə bilərəm ki? 500 kisə sementlə bütün Bakını tikib qurtarmaq olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!