Xəstəxanada olan aparıcının müalicəsində problem yarandı: "Səni məhv edəcəyəm"
Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovanın müalicəsində problem yaranıb.
Minval.info axşam.az-a istinadən bildirir ki, bu barədə hazırda xəstəxanada olan aparıcı özü məlumat verib.
O bildirib ki, müalicə müddətində orqanizmində dərmanlara qarşı allergiya yaranıb:
“Müalicənin əla getdiyi dövrdə dərmanlara qarşı allergiya əmələ gəldi. Sən mənimlə nə oyun oynayırsansa oyna, mən Allahın köməyilə sənə belə gülə-gülə qalib gələcəm. İnşallah mən səni məhv edəcəm, sən məni yox!”
Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, müalicəsini Bakıda davam etdirir.
Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır