08.07.2019 - 15:42
Baş həkim: "Mingəçevirdə 10 aylıq oğlanın ölüm səbəbi araşdırılır" - YENİLƏNİB
Hadisə 4 baxış

Xəstəxanada 10 aylıq uşaq ölüb - Həkimdən açıqlama

Baş həkim: "Mingəçevirdə 10 aylıq oğlanın ölüm səbəbi araşdırılır" - YENİLƏNİBAğdaş xəstəxanasından Mingəçevirə gətirilmiş 10 aylıq uşaq ölüb.

Yüksək hərarətlə valideynləri tərəfindən Ağdaş rayon xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına aparılan 10 aylıq Ağdaş rayon sakini Türkel Cavid oğlu həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Ölümün əsas səbəbi tam məlum deyil.

Mingəçevir Şəhər Xəstəxanasının baş həkimi Eldar Kərimov APA-nın yerli bürosuna bildirib ki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü Türkel Ələkbərli Ağdaş xəstəxanasından Mingəçevirə gətirilən zaman ölümcül vəziyyətdə olub: “Türkel Ələkbərli dərhal reanimasiya şöbəsinə yerləşdirildi. İlkin müayinələr zamanı onda ağır tənəffüs problemi müəyyən olunmuşdu. Digər problemləri də mövcud idi. Həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də, təəssüf ki, onu qorumaq mümkün olmayıb. Faktla bağlı məhkəmə tibbi ekspertizası aparılır”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: