Xərçəngdən daha təhlükəli beş ölümcül xəstəlik hansıdır?
Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.
Bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır.
Bunlardan biri Creutzfeldt – Jakob və ya “dəli inək” xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.
İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.
Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.
“Federal Xəbər Agentliyi” bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.
Digər ölümcül xəstəlik Marburg hemorraq qızdırmasıdır ki, başqa adı “yaşıl meymun xəstəliyi”dir. İnfeksiya bədənə açıq yara və selikli qişa vasitəsilə daxil olur. Xəstənin temperaturu kəskin şəkildə yüksəlir, bir neçə gün sonra qarnı ağrıyır və ikinci həftədə xəstə infeksiyadan, toksik şokdan ölür.
“Top 5-liy”i irsi “proqressiv fibrodisploziya” xəstəliyi bağlayır ki, onun da nəticəsində əzələlərin, bağların və vətərlərin sümükləşməsi baş verir. Zaman keçdikcə sümükləşmələr dəri üzərindən də görünməyə başlayır və nə əməliyyat, nə də müalicə nəticə verir.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır