Xərçəng olan fanatının arzusunu reallaşdırdı
Xalq artisti Röya Ayxan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüşüb.
Minval.info xəbər verir ki, müğənninin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, məşhur sənətçi Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı belə bir addım atıb.
“Ayan Babazadənin ən böyük arzularından biri mənimlə görüşmək imiş. Buna biganə qala bilməzdim. “Nargis” Fondunun kollektivi ilə birlikdə Uşaq Klinikasına baş çəkdim. Görüşümüz elə maraqlı keçdi ki. Onun üçün “Ayan” mahnısını oxudum, digər uşaqlarla birgə dedik, güldük, əyləndik. Hədiyyələrini verdik. Hisslərimi yazmaqda çətinlik çəkirəm. Bu gün həm də Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Onlarla bağlı arzularım çoxdur. Hamınızı sağlam, ailənizin yanında görmək istəyirəm. Mənim balaca dostlarım, sizi sevirəm”, – deyə Röya Ayxan yaydığı açıqlamada qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!