Xəbərdarlıq: Sosial şəbəkə üzərindən yeni fırıldaq meydana çıxıb
Qeydiyyatdan keçənlərin şəxsi məlumatları ələ keçir və “qurbanların” şəxsi hesablarında olan pullar oğurlanır
Bir neçə gündür sosial şəbəkədə “Kapital Bank”ın adından səhifə açılıb. Səhifədə “Kapital Bank”ın logosu yerləşdirilərək, “Bir Bank” tətbiqi reklam olunur. Səhifədə elan olunur ki, qeydiyyata düşən şanslı insanlar 500 manat pul, “iPhone XS” hədiyyə qazanacaqlar.
Sosial şəbəkə istifadəçiləri də bu səhifənin bankın rəsmi səhifəsi olduğunu düşünüb daxil olublar, hətta qeydiyyatdan keçənlər də az olmayıb. Nəticədə qeydiyyatdan keçənlərin şəxsi məlumatları səhifə admininin əlinə keçib və “qurbanların” şəxsi hesablarında olan pulları oğurlanıb.
Bu barədə AYNA-ya həmin tələyə düşənlər biri – Kənan Əliyev adlı vətəndaş məlumat verib. O, qeydiyyatdan keçdiyi üçün şəxsi hesabından 70 manat oğurlandığını bildirib.
Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Kamal ilə əlaqə saxlayıb. O, sözügedən məsələdən xəbərdar olduqlarını deyib.
“Bunlar kibercinayətkarlardır. Bu cür hallar tək Azərbaycanda deyil, bütün dünyada tez-tez baş verir. Təəssüflər olsun ki, son illər Azərbaycanda da bu cür cinayətkarlar peyda olub. Onlar bəzi saytlarda, sosial şəbəkələrdə açdıqları səhifələr vasitəsilə insanları inandıraraq onların şəxsi heasablarından pullarını oğurlayırlar”, – deyə bank sözçüsü bildirib.
P.Kamalın sözlərinə görə, “Kapital Bank”ın adından hesab açmağa cəhd edənlər müştəriləri aldatmağa çalışırlar: “Müştərilər bilirlər ki, bizdə “Bir Bank” tətbiqindən istifadə üçün heç bir pul ödəmək lazım deyil. Sadəcə bank əməliyyatı etmək kifayət edir. Bu isə, saxta profildir. Biz bu hadisə haqqında xəbər tutan kimi aidiyyatı qurumlara məlumat verdik. Eyni zamanda, “Facebook”un özünə də rəsmi olaraq müraciət etdik ki, bu insanlar bizim bankın adından istifadə edirlər. Ümid edirik ki, bu cinayətkarlar tez bir zamanda zərərsizləşdiriləcəklər”.
“İnternet elə bir məkandır ki, hər kəs orada istədiyini edir. Amma insanlar çalışmalıdırlar ki, aldanmasınlar. Biz də çalışırıq, müştərilərimizi maarifləndirək ki, belə problemlərlə qarşılaşmasınlar”, – deyən Pərviz Kamal əlavə edib ki, hələlik heç bir müştəri tərəfindən hesabından pul oğurlanması ilə bağlı banka müraciət olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
