Xəbər - VİDEO - Gülbahar Şükürlü onu sənətdən uzaqlaşdırmaq istəyən məşhur müğənnidən danışdı: “Qarmona niftər etdim”

Gülbahar Şükürlü onu sənətdən uzaqlaşdırmaq istəyən məşhur müğənnidən danışdı: “Qarmona niftər etdim” – VİDEO
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Gülbahar Şükürlü olub.
Əməkdar artist, məşhur xanım müğənniyə görə qarmonunu parçalamaq istədiyini etiraf edib:
“Toyların birində bir müğənni ilə məni dəvət etmişdilər. O müğənni demişdi ki, mənim öz qarmon ifaçım var, amma toy sahibi xüsusi olaraq məni istəmişdi. Bu xanım sanki acığa düşmüşdü. 5-6 saatlıq toyda mənə gün verib, işıq vermədi. Özü ifa edirdi, mənə sıra gələndə mikrofonun səsini alırdı. Mən ifa edirdim, qarmonun səsi gəlmirdi. Çətin duruma saldı, küsdürdü məni, nifrət etdim qarmona. Toy bitti, evə gəldim. Gözlədim hamı yatsın. Qarmonu stoulun üstünə qoyub, getdim mətbəxə. Orada böyük bıçaq götürdüm. Niyyətim qarmonu parçalamaq idi. Bıçaq əlimdə mətbəxdən çıxanda anam məni gördü. Soruşdu ki , bu bıçaq nədir? Qarmonu görəndə başa düşdü. Mən olanları anama danışdım. Anam dedi ki, sənin hələ gələcəyin var. Mənə mane oldu. Həmin xanımdan çox qorxurdum. Hal-hazırda həyatda deyil, dünyasını dəyişib”.
https://youtu.be/3FLblBmAhwc
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır