"Əvvəl deyirdik, atan Suriyaya gedib, indi deyirik ki..." - Qabil Hüseynli
“Axtarışların akvatoriyası genişlənib, yeni müasir texnika cəlb edilib. Axtarışları uzaqdan da olsa, müşahidə edib, geri qayıdırıq. Əlimizdən başqa nə gəlir ki?”Bu sözləri “Ölkə.Az”-a açıqlamasında Xəzər dənizində itkin düşən pilot Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.
Q.Hüseynli R.Atakişiyevin oğlunun atasını hər gün soruşduğunu da bildirib:
“Oğlunun yeddi yaşı var. Hər gün soruşur ki, atam hara gedib. Əvvəlcə deyirdik ki, Suriyaya gedib. İndi də deyirik ki, Türkiyəyə F16 raketlərini öyrənməyə gedib. Düzdür, uşaqdır, amma ağlı hər şeyi kəsir. Ancaq hiss edirəm ki, artıq hər şeyi başa düşüb. Sadəcə, hələ susur, bildiklərini qəzəblə demək istəmir”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda