Aparıcı Vüsalə: "Ay murdar, indi dincəl, sabah çox yorulacaqsan" - Foto
Teleaparıcı Vüsalə Əlizadə sosial şəbəkədə onu təhqir etdiyini iddia edən izləyicisinin şəklini paylaşaraq ona sərt şəkildə cavab verib.
“Şəxsiyyətimə, şərəfimə, mənə dəyər verən insanlara, ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib, burada şəklini paylaşardım. Amma çox şükürlər olsun ki, buna ehtiyac qalmır. Hər səviyyəsizə görə dəyməz”.
Minval.info məlumatına görə, V.Əlizadə sosial şəbəkədəki hesabında belə yazıb.
“Bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var. Sənə xəbərdarlıq olundu ki, ay murdar, ağıllı ol, olmadın. Canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər. Sənin kimilərə qızıl vaxtımızı sərf edəcək qədər bekar deyilik. Amma gözəl ölkəmizin daşdan keçən qanunları var. Bu gün evində, isti yorğan-döşəyində doyunca yat. Çünki sabah çox yorulacaqsan, yatmağa da yerin olmayacaq. Mənim şəxsi həyatım və uşağımın atası səni maraqlandırır? Sabah bütün tərcümeyi halımı sənə oxutduracaqlar. Bu və bunun kimi özünü kişi hesab edib, əslində qadına belə yaraşmayan qeybət və murdarlıqla məşğul olan hər kəsə dərs olsun”.
Vüsalə daha sonra adını açıqlamadığı və ona qoruyucu mələyim dediyi şəxsə təşəkkürünü bildirib:
“Hər zaman peşəkar komandası ilə yanımda olan gizli qoruyucu mələyimə təşəkkürlər”
Aparıcının qəzəbləndirən səbəbə gəldikdə isə onun deməsinə görə, həmin şəxs onun övladının fotosunun rəy bölməsinə “Bu uşaq kimin uşağıdır? Atasının adını bilən olsa, mənə də yazsın zəhmət olmasa” yazıb.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehriban Xanlarova: "TikTok"da dilənmirəm, ünsiyyət qururam
Vanlı Kara Haydarın milyonluq qızılları araşdırılır
Azersun uşaqları "yenidən məktəbə" dəvət edir
Bakıda məktəb qalmaqalı: Şagirdlər kənarlaşdırıldı
Mehriban Xanlarova: "TikTok-da dilənmirəm, iş axtarıram
Oqtay Mehdiyev: Sənət və şəxsi həyat qarışmamalıdır
Bəhram Bağırzadənin uşaqlıq xatirələri: 40 il əvvəlki foto
