Vüsaləni hövsələdən çıxardılar: "Şərəfsiz məxluqlar"
Aparıcı Vüsalə Əlizadənin İnstaqram səhifəsinə edilən hücumların qarşısı alınıb.
Minval.İnfo xəbər verir ki, hakerlər tərəfindən səhifəsinə müdaxilələr edilən aparıcı ona görə narahat olan hər kəsə təşəkkürünü bildirib. Vüsalə, eyni zamanda bunu edənlərin kim olduğunu bildiyini də deyib:
“Səhifənin oğurlanmasından sevinənlər də az deyildi. Arsızcasına hələ mənə yazıb məlumat verirlər. Guya narahat olublar. Həmin şəxsin “Direct”inə də yazıblar ki, Vüsalənin səhifəsində tez məni reklam et. Necə şərəfsiz məxluq olduqlarını sübut ediblər.
Çox yazıqsınız, sevincinizi qursağınızda qoymaram? Mənim göydə Allahım, yerdə çox güclü qoruyucu mələyim var. Heç vaxt heç kimin heç nəyində gözüm olmayıb. Öz gücümə halallıqla qazandığım uğurumu kimsə məndən ala bilməz”.
Qeyd edək ki, Vüsalənin səhifəsinə edilən haker hücumu Türkiyənin Kayseri şəhərindən olub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murad və Ülviyə oğullarının ad günündə bir arada
Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!