"Vur arvadının gözünü göyərd, amma xəyanət etdiyini demə" - Elza
Əməkdar artist Elza Seyidcahanın “Bizimləsən” verilişində açıqlaması ilə söz-söhbətə səbəb olub.
Müğənni verilişə gəlib, arvadının ona xəyanət etdiyini və şantajla hədələdiyini söyləyən kişiyə əsəbiləşib. Seyidcahan açıqlamasında qadına şiddəti təbliğ edib:
“Kişiyə yaraşdırmıram ki, efirdə bu cür danışır. Uşaqlarını sındırırsınız, biabır edirsiniz. Ağzına maska taxıb oturmusan, abırdan, həyadan özünü necə gizlədəcəksən. Uşaqlarının anasıdır, nə olar şantaj edəndə? Danışma, yum ağzını otur, efirə çıxma. Uşaqlarının anası haqda nələr danışırsan? müdrik olsaydın, ailəni yığardın bir araya. Gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin. Ondan boşanardın, uşaqlara deyərdin, ananız xəyanət etməyib”.
Studiyadakılar Elzaya etiraz edərək, onun qadına şiddəti təbliğ etdiyini bildirib.
Müğənni isə “Qadınları sındırır, şiddətdən betərini edir. Qadın kişini sevirsə, silləsinə dözər. Deyər, bəh-bəh ərimin silləsi dəydi mənə. Arvad kişi tərəfindən döyülər. Qoy, kişilər arvadını vursun. Niyə vurmamalıdır kişilər arvadını” deyərək, sözlərinə davam edib.(axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır