Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, toplantı videokonfrans formatında baş tutacaq.
Rusiya Təhlükəsizlik Şurası sonuncu dəfə fevralın 21-də toplaşaraq separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması məsələsini müzakirə edib.
Bu dəfə tədbir iştirakçıları ölkənin informasiya infrastrukturunun təhlükəsizliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə, informasiya texnologiyalarından istifadə zamanı yeni təhlükələrin nəticələrinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəzərdən keçiriləcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qlobal informasiya məkanında Rusiyanın suverenliyinin gücləndirilməsi ilə bağlı əsas məruzə ilə çıxış edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı