“Villası olmaq Zeynəb Xanlarovanın ayıbı deyil” – Brilliant etiraz etdi
“Deyirlər, o padnosları cehiz aparanlar ölüb, Zeynəb Xanlarova yaşayır”
Xalq artisti Brilliant Dadaşova Zeynəb Xanlarovanın villasının fotosunun sosial şəbəkədə yayılmasına etiraz edib.
Minval.info xəbər verir ki, Dadaşova sosial şəbəkədə paylaşdığı videoda xalq artistinin tənqid edilməsinə etirazını bildirib:
“Qarşıma bir xəbər çıxdı, Zeynəb Xanlarovanın evinin fotosunu paylaşıb, “Zeynəb Xanlarovanın villası “ yazıblar. Bunu mənfi hal, onun ayıbı kimi qələmə veriblər. Zeynəb Xanlarovanın statusunda olan müğənnilərin nəinki vətənində, bir çox ölkələrdə villaları var. Zeynəb xanım dünyanı 2 dəfə dövr edib. O 50 ildir ki, Azərbaycan mədəniyyətini təbliğ edir. Xalq artistlərimizi, sənətkarlarımızı niyə gözdən salmaq istəyirsiniz? Türkiyədə mənə dedilər ki, Azərbaycandan, Zeynəb Xanlarovanın məmləkətindən gəlmisiniz? Mən fəxr etdim. Fəxr edilməli insanları niyə gözdən salmağa çalışırsınız. “Whatsapp” ilə bir-birilərinə üzərində Zeynəb Xanlarovanın şəkli olan padnosların fotolarını göndərirlər. Sosial şəbəkədə yazırlar ki, o padnosları cehiz aparan gəlinlər rəhmətə gedib, Zeynəb Xanlarova qalıb. Belə danışmaq böyük günahdır. Ölümü hamı dadacaq. Kiməsə ölüm arzulamaq günahdır”.
Qeyd edək ki, B. Dadaşova bir müddət öncə isə Afət Fərmanqızı ilə Flora Kərimovanın qalmaqalına münasibət bildirmiş, xalq artistinə dəstək olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır