"Veysəloğlu" şirkəti iflasa uğrayır? - Daxildə ciddi qalmaqallar yaranıb (İddia) - Açıqlama
“Veysəloğlu” Şirkətlər Qrupunun daxilində ciddi problemlərin ortaya çıxdığı iddia edilir.
Minval.info-nun əldə etdiyi məlumata görə, özəl qurumda işçilərin əmək haqları məsələsi müzakirəyə çıxarılıb. Söhbət “OBA”, “Araz” supermarketlər şəbəkəsində, “Ulduz” Şokolad Fabrikindən və Veysəloğlu MMC-dən gedir.
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
Belə ki, adıçəkilən holdinq işçisinin hər birinin əmək haqqı özəl qurumun daxilində fəaliyyət göstərən şirkətlərin maliyyəsi hesabına formalaşır. “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşı hansı şirkət üçün daha çox iş görürsə, bu iş əmsalı müqabilində ödəniş edilir. Rəqəmlər şirkətlər arasında bərabər və ya müxtəlif paylanıla bilər. İddiaya görə, hazırda holdinqin daxilində bununla bağlı problemlər yaranıb və adıçəkilən şirkətlər ödənişdən imtina edirlər.
Belə bir vəziyyətin işçilərin kütləvi ixtisarına səbəb olduğu deyilir. Artıq 100-dən çox əməkdaşın “Veysəloğlu” Şirkətlər Qrupundan uzaqlaşdırıldığı söylənilir. Bundan əlavə, iddia edilir ki, heç bir işçinin təzminatı ödənilmir.

Məsələ ilə bağlı qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədzadənin minval.info-ya verdiyi açıqlamada bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir:
“Ümumiyyətlə, iki devalvasiya yaşadığımız dövrdə belə, ixtisar olmadı. İndi nəyə görə bu, baş verməlidir? Tam yanlış məlumatdır. Şükürlər ki, belə bir şey yoxdur, əgər olsa, sizə informasiya verəcəyik”.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır
Süleyman Soylu: "Suriyalılar bizim xalqımızdır”
