12.01.2022 - 12:21
Özəl
118 baxış
Kasıbları təhqir edən sürücü ilə bağlı maraqlı fakt - Zakir Qaralovun “pul yığanı”...
Ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.https://youtu.be/ZaT8GNhcSAU
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
Minval.info xəbər verir ki, Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.
Bəlli olub ki, 37 yaşlı S. Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub.
O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.
Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.
https://youtu.be/2LTyHx5Ezyc
ƏLAQƏLİ
Bunu da oxu
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
30.07.2026 - 19:56
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
24.07.2026 - 10:50
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38