“Veysəloğlu”nun “OBA” mağazasında süni qiymət artımı – Foto
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsin müştərini aldadıb.
Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən “OBA”da alış-veriş edərkən satıcı kibritin qiymətinin qalxdığını bildirib.
O, kibritin 1 ədədinin qiymətinin 0.02 manatdan 0.20 manata (2 qəpikdən 20 qəpiyə) qalxdığını bildirib və müştəriyə kibriti bu qiymətə satıb.

“OBA”marketlər şəbəkəsi’nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bizimyol.info-ya bildirib ki, qeyd olunan məhsulda qiymət artımı olmayıb: “Sadəcə məhsulun qiyməti marketin sisteminə texniki səhvə görə 0.02 manat əvəzinə 0.2 manat işlənib. Əməkdaşlarımız elə həmin gün bu texniki səhvi aradan qaldırıb. Əgər müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarsa dərhal qaynar xəttimizə zəng edərək və ya 0554504050 whatsapp qaynar xəttimizə yazaraq bizi məlumatlandırmalarını xahiş edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
