"Verilişimə çağırdıqlarıma pul verəcəyəm" - Elşad Xose
Reper Elşad Xose verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən qonorar istəməsi məsələsinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, ifaçı aparıcı Kazım Sübhanın bunla bağlı açıqlamasına reaksiya verərək, ona sual ünvanlayıb:
“Sən işlədiyin kanalın illik gəlirini yaza bilərsən? Zəhmət olmasa, heç olmasa təxmini…”.
Kazım reperə “Aparıcıyam və ancaq çalışdığım şirkətdə yaradıcı işlərə müdaxilə edə bilərəm. Elşad, sən, Xatirə İslam və Natavan Həbibi – öz janrınızda Azərbaycan musiqisində yaxşı işlər görənlərdənsiniz. Albomların, konsertlərin, duetlərin danılmazdır. Amma sən dediyin belə olmur, mənim fikirlərimin sizin sənətinizə, peşəkarlığınıza heç bir aidiyyatı da yoxdur, bunu unutmayın” cavabını verib.
Elşad isə bildirib ki, özü də veriliş aparacaq və gələn qonaqlara qonorar verəcək:
“Başa düşürəm, sadəcə mən demək olar heç bir verilişdə oxumuram. Mənə danışmaq daha vacibdir. Mənim danışdığım kimə doğrudan da maraqlı gəlirsə, o da pul verməyə hazır olacaq. Mən öz verilişimi aparanda çağırdığım adamlara pul verəcəyəm”.
Qeyd edək ki, bundan əvvəl müğənni Xatirə İslam və Natavan Həbibi kanal rəhbərlərindən qatılacaqları proqram üçün qonorar istəmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır