“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”
“Hesab edirəm ki, alman standartına uyğun olaraq zənginliyinlə fəxr edəcəksənsə, onun qarşılığında vergi ödəmirsənsə, gəlirinin haradan gəldiyini isbat etməlisən. Bəlkə, “kirli” pulların yuyulması ilə məşğulsunuz, terrorizmin maliyyələşdirilməsi ilə məşğulsunuz”.
Minval.info xəbər verir ki, bu sözləri “Real” TV-yə açıqlamasında müğənnilərin vergi ödəməsi məsələsi ilə bağlı İqtisad elmləri doktoru Zahid Məmmədov deyib:
O söyləyib ki, məşhurların vergi ödəməsi ilə bağlı qanunlarda dəyişiklik olacaq:
“Bu sahədə ciddi dəyişikliyin zamanı gəlib. Türkiyədə ən güclü müğənni daha çox vergi ödəyəndir. O da cəmiyyət içərisində bununla fəxr edir. İnsan yaşadığı lüks həyat qarşılığında vergi ödəmirsə, istifadə etdiyi mülkü əlindən alırlar. Onda, necə isbat edəcəksən ki, bu mal sənindir? Vergi ödəmədən bu mala necə sahib oldun? Kim hədiyyə etdi? O, vergi ödədimi? Mülk sahibi torpaq, sərvət, gəlir, mənfəət vergisi və əmək haqqı ödədimi? Bu, dəyişilməlidir. Biz artıq vergi mədəniyyətini gətirməliyik. Gecə-gündüz özünü göstərənlər, zənginliyini təbliğ edənlər niyə vergi ödəməsin ki? 100 minlik maşın sürən insan vergi verməlidir. Maşınını, evini əlindən alacağıq. Ondan sonra isbat etsin ki, bu, mənim evimdir”.
https://www.youtube.com/watch?v=Af7RxqQM-UA&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi