Vasifin "Onun əri daha yaxşı xanıma layiqdir" fikrinə — XATİRƏDƏN REAKSİYA
İfaçı Xatirə İslam əməkdar artist Vasif Məhərrimlinin “Xatirənin əri daha yaxşı xanıma layiqdir“ sözlərinə münasibət bildirib.Müğənni “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, Vasiflə dostdur.
“Biz Vasiflə uzun müddətdir ki, dostuq. Aramızda da heç bir problem yoxdur. O, həyat yoldaşım, Fəxrəddinin xətrini çox istəyir. Hər zaman onun savadına, dünyagörüşünə heyranlığını bildirir. Burada qeyri-adi bir iş yoxdur. Təki məni çox istəyən, hörmət edən insanlar, yoldaşıma da Vasif qədər hörmət etsinlər ”,- deyə sənətçi bildirib.
Qeyd edək ki, əməkdar artist Vasif Məhərrəmli lent.az-a müsahibəsində
“Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin”,- deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır