Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə “Qurd qapısı” restoranından şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi instaqram səhifəsində video paylaşaraq bu gün orada qarşılaşdığı xoşagəlməz hadisə barədə danışıb. O, insanları həmin məkana üz tutmamağa səsləyib:

“Qurd qapısı” restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun”.

Sənətçi baş verən hadisənin pərdəarxası məqamlarını danışıb. O, mübahisənin yaranma səbəbini açıqlayıb:

“Həmin restorana yeməyə getməmişdim, yemək yemədim. Yaxınlaşdım ki, bir otaqda oturum, 10-15 dəqiqə müsahibə verim. Keçdim oturdum, müsahibə verməyə başlamışdıq ki, gətirib masanı doldurdular. Pula görə etmədim, pul istəsələr verərdim. Dedim, biz yemirik, 5 dəqiqə müsahibə verib gedirik. Qayıtdılar ki, artıq kassaya vurulub. Mənə desəydilər, 50-100 manat, çıxardım verərdim. Onlar cibə girirlər, nakişi kimi pul qazanırlar”..