Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən sürücü barədə yeni məlumatlar ortaya çıxıb.
“Hər şey daxil” verilişinə telefon vasitəsi ilə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bəzi məqamları açıqlayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
DYP rəsimisi bildirib ki, sürücü dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təcili tibbi yardım maşınına yol verməyib. Vaqif Əsədov “Toyota Land Cruiser” markalı, 90 SJ 100 nömrəli avtomobil sürücüsünün qadın olduğunu da söyləyib:
“”Toyota Land Cruiser” sürücüsü digər avtomobillərin təcili tibbi yardım maşınına verdiyi yola daxil olur. Artıq həmin sürücünün aşkarlanması və qanuna uyğun olaraq tədbirllərin keçirilməsinə başlanılıb. Əgər sürücü könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib səmimi etiraf edərsə, bu yüngülləşdirici hal kimi qəbul ediləcək”. BAKU.WS
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
