Vahid Ələkbərov hökumətdən dəstək istədi: "Zavodlar bağlana bilər..."
“Lukoil” şirkəti Qərb sanksiyaları fonunda yanacaq tədarükü ilə bağlı problemlər səbəbindən özünün neft emalı zavodlarını dayandıra bilər.
“Minval.info” xəbər verir ki, bu barədə “Lukoil” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov Rusiya Baş nazirinin müavini Aleksandr Millerə məktubunda yazıb.
“Lukoil” Rusiyada dörd neft emalı zavoduna malikdir və “Rosneft”dən sonra ölkədə ikinci ən böyük neft istehsalçısıdır. Ötən il şirkət 43 milyon ton neft emal edib. Sanksiyalar səbəbindən mazut daşımalarının həcmində kəskin azalma baş verib və nəticədə bu yanacaq anbarlarda qalıb. Anbarların dolu olması neft emalı zavodlarının dayanmasına və yanacaq istehsalının azalmasına səbəb ola bilər”, – Ələkbərov məktubunda bildirib.
Ələkbərov bunun qarşısını almaq üçün artıq mazutun İES-lərə yönləndirilməsini təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır