"Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?" - Elza Seyidcahan
“ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Axşam.az xəbər verir ki, müğənni rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. O, maddi sıxıntılarından danışıb:
“Evdə heç kim maaş almır. Sənətkarı xalq dolandırır. Toylara gedirəm, dəvətlərə qatılıram. Mənə tələbat var. Canımda can olduğu qədər məclislərə gedəcəm.
Hamının borcu var. Maşınımı kredit götürmüşəm, banka borcum var. Konsertə 70 min xərcim çıxdı, hələ də borcu ödəyib qaytarmamışam. Bir çoxları konsert verir, reklam edir, gedib görürsən ki, heç nə yoxdur. Bəziləri sənətlərinin yox, bədəninin üstünə düşüb. Bütün günü doğratdırıb, tökür, başı da boşdur”.
https://www.youtube.com/watch?v=lQ5FJW0uRPY&feature=emb_title
Seyidcahan oğlu Ələkbərlə küsülü olması məsələsinə isə “Oğul mənimdir, ona qışqırara da, bağıra da bilərəm. Camaatın oğlu min oyundan çıxır, sırğa tapır. Sonra evlənir, uşağı da olur. Oğlum mənə deyir ki, toylara getmə, otur evdə. İstəmirəm övladımın mənfilərini açım. Ailəmi atıb, gedib başqa işlə məşğul olmamışam. Mənim yerimə kim olsaydı, uşağı atardı atasının üstünə, gedib kef edərdi. Mənə nə təkliflər gəlib: xaricdən təkliflər almışam. İndi çox varlı, ailəsi, hətta başqa uşaqları olan qadın ola bilərdim. Məni yatdığım yerdə ərə veriblər, sevməmişəm. Oğlumun ilk ailəsi uğursuz oldu, ona ikinci dəfə toy etdim. Uşaqlarımı qoyub tək kirayədə yaşamadım. Heykəli qoyulacaq anayam mən. Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?” sözləri ilə cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi