Üzeyirin London küçələrində səslənən mahnısı -
“BBC Azərbaycan”ın müxbiri Vüsal Həmzəyev London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadəninmahnılarına qulaq asıldığının şahidi olub.
Minval.info xəbər verir ki, Həmzəyevin təqdim etdiyi videoda yer alan türkiyəli London rikşaçıları (red. – kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam) böyük həvəslə Üzeyir Mehdizadəni dinlədiyini bildirir.
“Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram”, – deyə Həmzəyev söyləyib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Sevdiyim bir neçə Azərbaycan mahnısı var. “Çırpınırdı Qara dəniz” və “Yaxşı olar” mahnısını çox sevirəm”, – deyə türkiyəli rikşa bildirib.
Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.
Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri xaricdə yaşayan azərbaycanlılar, eləcə də, əcnəbilərin Mehdizadəyə qulaq asdığını əsas gətirərək, ona sevgi və rəğbətlərini ifadə edirlər.
Mübahisələr kifayət qədər gərgin şəraitdə keçsə də, etiraf etmək lazımdır ki, cəmiyyət tərəfindən, həqiqətən də, Mehdizadənin yaradıcılığına böyük maraq müşahidə olunur.
Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən “Yaxşı olar” mahnısının klipi və klipsiz versiyası “YouTube”də 73 milyondan çox izlənmə sayı toplayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar