Üzeyir Mehdizadənin köməkçisi millət vəkilinin sərt tənqidinə cavab verdi
Milli Məclisin deputatı Qənirə Paşayeva “Space” telekanalında yayımlanan “Onda başladıq” verilişinin qonağı olub. O, qonağı olduğu verilişdə insanların musiqi zövqünün korlanmasına da münasibət bildirib. Belə ki, o bu məsələ ilə bağlı münasibət bildirərkən Üzeyir Mehdizadəyə qulaq asanların musiqi anlayışının olmadığını bildirib:
“Normal musiqi anlayışı olan şəxs Üzeyiri dinləməz. Təbii ki, söhbət böyük Üzeyir Hacıbəyovdan yox, Mehdizadədən gedir. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.
Bununla bağlı Bizimyol.info müğənni Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb. Sözügedən məsələ ilə bağlı özü ilə danışa bilməsək də onun köməkçisi İlqar Cabbar münasibət bildirməkdən çəkinməyib.
“Hərə ağzına gələni danışır, ağzına gələni deyir. Azərbaycan və Türkiyədə yüz minlərlə insan tərəfindən dinlənilən, sevilən bir müğnnini dinləyən insanları musiqi anlayışı olmayan adlandırmaq doğru deyil. Mən bu qədər insanı anlayışsız adlandıran deputatımız haqqında daha nə deyə bilərəm ki?”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi
