"Üzdəniraq müğənnini Şəmkirə 20 minə aparıblar"
“Bağ mövsümü” verilişinin növbəti qonaqları Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Teymur Əmrah olub.
Minval.info Axşam.az-a istinadla xəbər verir ki, aparıcı Murad Əzimzadənin “sənətkar” ifadəsini işlətməsi T.Əmrahın xoşuna gəlməyib.
Müğənni aparıcıya “Sənətkar sözünü tez-tez istifadə edirsiz. Sənətkar Rəşid Behbudov, Şövkət Ələkbərovadır. “Sənətkar” deməklə, onlarda vaxtından əvvəl eqo yaradırsınız. Gedir toyda oxuyur, sərxoş kişi gəlib “sənətkar” deyir. Bunlarda da xəstəlik yaranır” sözləri ilə irad bildirib.
T.Əmrah daha sonra müğənnilərin toya baha qiymətə getməsini tənqid edib:
“Toy ifaçısı deyiləm. Tamaşaçının hamısı konservatoriya bitirə bilməz ki, yaxşı-pis oxuyanı ayırd etsin. Gənc, savadsız, üstəlik üzdəniraq bir ifaçı bu yaxınlarda Şəmkirə toya 20 min manata gedib. Biabırçılıqdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır