ÜST rəsmisi Azərbaycanda koronavirusla bağlı epidemioloji durumu açıqladı
“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Lakin bunu da yaxından izləmək lazımdır. Çünki keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır”.
“Minval.info” xəbər verir ki, bu fikirləri “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, ÜST hər zaman virusun növlərini, yeni ştamları nəzarətdə saxlayır: “Nəzərə alsaq ki, bu gün də “Omikron” ştamının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etməliyik”.
H.Harmancı 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib: “Bu gün əhalinin hələ ki buster doza vurdurmasını tövsiyə edirik. Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, bu gün qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirus və qrip peyvəndi ilə birgə hər il vurulması mümkün ola bilər. Ancaq bu, hələ ki müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
VACİB“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı