ÜST qızılca ilə bağlı qorxulu statistika açıqladı
Dünya üzrə qızılcaya tutulma halları 2019-cu ilin ilk üç ayı ərzində (ötən ilin ilk üç ayı ilə müqayisədə – red.) üç dəfə artıb.
BBC-nin məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat dərc edib.
ÜST qızılcaya tutulma hallarında artımın dünyanın bütün regionlarında müşahidə olunduğunu bildirir.
Ən yüksək artım Afrikada müşahidə olunur. Burada ötənilki göstəricilərlə müqayisədə, 2019-cu ilin ilk rübündə qızılca diaqnozu qoyulmuş xəstələrin sayı 700 faizə qədər artıb.
Ölkələrə gəlincə, virusa tutulma halları daha çox Ukrayna, Madaqaskar və Hindistanda qeydə alınıb (hər bir milyona on minlərlə xəstə).
Agentlik faktiki rəqəmlərin daha yüksək olduğuna əmin edir, belə ki, hesablamalara görə, hər 10 yoluxma halından yalnız biri statistikaya düşür. Qızılca yüksək yoluxuculuq qabiliyyəti olan viruslu xəstəlikdir, sağlamlıqda ciddi fəsadlara yol açır, ağır hallarda ağciyərləri və beyni zədələyə bilir.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır