“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik.
Minval. info xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub.
Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.
Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə – “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.
Allah rəhmət eləsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
