Uşaqlara siqaret satanlar cərimələndi
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutuldu
Daha bir nazirliyin əməkdaşı həbs edildi
“Mən sizin işinizdən həmişə razı olmuşam” - Fotolar
Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoyması xəbərinə
Nazirliyin tabeliyindəki qurumların sayı artırılıb
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ
MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var