“Uşaqlar məni başımdakı meyvədən tanıyır” - Elza Seyidcahan
Əməkdar artist Elza Seyidcahan “Xəbər-ətər” verilişinə qonaq olub.
OLAY yazır ki, “Hozu” və “Hozu 2” filmlərində yer alan sənətçi ekran işi ilə bağlı xatirələrini bölüşüb.
O, bildirib ki, əvvəlcə sözügedən layihədə ikinci dəfə iştirak etmək istəməyib, lakin, ilk bölümdə başında meyvə ilə canlandırdığı obraza marağı gördükdə fikrini dəyişib.
“Mən, doğrudan da, ikinci seriyada çəkilmək istəmirdim. Ancaq gördüm ki, hara gedirəm, uşaqlar məni görüb deyirlər ki, Elza xanım siz “müğənniçi”siz. Mən sizi tanıyıram, bilirsiniz, haradan tanıyıram? Başınızda meyvə var, oradan tanıyıram. Bu uşaq mənim mahnımı hələ ki, bilmir, amma məni meyvədən tanıyır”.
Qeyd edək ki, Seyidcahan “Hozu 2”nin anonsunda meyvədən fərqli olaraq bu dəfə başına pomidor qoyması ilə diqqət çəkib.
https://youtu.be/ccnCFOM8aaQ

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
