"Uşaq üçün darıxıram" - Zamiq oğlundan danışdı

“Balaca olanda məndən qorxurdu, indi yox. Hər cür zarafat edir mənlə. “Mən səni sevirəm” ifamla yemək yeyir. Deyir ki, mən nə edirəm, sən də onu təkrarla. Hərdən haradasa oturanda, tez dururam ki, yatmamış onu görüm. Dostlarım deyir ki, evdən qorxursan, nə olub? Deyə bilmirəm ki, uşaq üçün darıxıram”.
MİNVAL.İNFO xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Səhər mərkəzi” verilişində deyib. Oğlu Zeyndən danışan sənətçi onunla bağlı sualları cavablandırıb.
Sosial şəbəkədə yazılan mənfi rəylərdən danışan sənətçi “Heç vaxt kefimi pozmur. Yazırlar boyunu şəkillərdə uzadır. Elə deyil, fotonu düzgün formada çəkirəm” sözlərini söyləyib.
Zamiq “Havayı pullardı qazanır” şərhinə əsəbiləşərək “Bu söz məni yandırır. Belə sözləri uşaq yazır bir yana, böyüklər necə deyə bilər? Hamı çətinlik çəkib. Amma məndə ən pisi olub. Oradan gəlib bu zirvəyə çıxmaq böyük xoşbəxtlik və əziyyətdir. İllərlə, günlərlə nələrsə öyrən, başını daşa vur, bu zirvəyə gəl. Sənə belə yazsınlar” reaksiyasını verib.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!