Uşağınız üçün "Ozmo" alanda diqqətli olun, kiflənmiş ola bilər - Fotofakt
Türkiyə istehsalı olan və Azərbaycanda da satılan “Ozmo” uşaq qidası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Minval.info xəbər verir ki, Hövsan qəsəbəsinin sakini Elşad Mətləboğlu qəsəbədə yerləşən “Ballı” marketdən uşaq üçün “Ozmo” keksi aldıqlarını, amma vaxtı keçməsə də keksin kiflənmiş olduğunu bildirb:
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
“Anam 5 yaşlı nəvəsi üçün “Ozmo”nun bu keksini alıb. Həmişə alırıq. İstifadə müddəti bitmədiyi üçün anam şübhələnməyib. Amma yaxşı ki, keksin birini uşağa vermək üçün özü açıb. Bu zaman kiflənmiş olduğunu görüb. Vaxtı keçməyən bir qida məhsulu kiflənib. Bunun səbəbini tapsınlar! Uşaqların həyatı hər şeydən önəmlidir”.
Qeyd edək ki, “Ozmo” məhsullarının bir hissəsinə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən satışına qadağa qoyulub. Belə ki, ölkəyə idxal olunan bəzi məhsulların müxtəlif partiyalarında insan sağlamlığına zərər vuracaq maddələr aşkar edilib və o partiya bazardan yığışdırılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır
Süleyman Soylu: "Suriyalılar bizim xalqımızdır”




