Uşağın saçını keçəl qırxdırmaq faydalıdır yoxsa ziyanlı?
“Uşaqların dərisinin nəfəs alması üçün saçların dibindən qırxılması yaxşı ənənədir”.
Minval.info sherg.az-a istinadən bildirir ki, bunu körpələrin saçlarının dibindən qırxılmasının faydasıdan danışarkən pediatr Vaqif Qarayev söyləyib.
“Baş dərisinin rahat nəfəs alması, tərləmənin azalması, saçların sağlam inkişafı, diblərinin möhkəm olması üçün başı keçəl etmək olar. Son vaxtlar uşaqların saçında müxtəlif naxışlar, işarələr də yaradırlar. Bu, onların bərbərdən qorxmaması, saçlarını tez-tez kəsdirməyə həvəs göstərməsi üçün yaxşı nümunədir. Lakin bəzi hallarda başın kənarlarını təmizləyir, orta hissəni saxlayırlar. Estetik baxımdan yaxşı görünsə də, tərləməni azaltmaq, baş dərisinin nəfəs alması üçün faydalı deyil. Sağlamlığa ziyan verməyəcək şəkildə uşaqlarının saçının dibindən təmizlənməsini dəstəkləyirəm. Uzun, gur saç saxlamağın heç bir xeyri yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq