“Qeyri-rəsmi nikahdan heç vaxt övlad dünyaya gətirmərəm. Mənim üçün problem olmaz, amma uşağa görə etmərəm. Nikah olmalıdır, istəmərəm övladıma kimsə tənəli yanaşsın. Amma mən ona hər şeyi başa salacam ki, dünya o deyil. Ele ailələr var ki, nikah var, amma ər qadını döyür, onlar boşana bilmir. Bu, uşaq, qadın üçün, böyük stressdir. Xoşbəxt deyillərsə, o evlilik niyə davam edir?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Üzə-düz” proqramında deyib. Sənətçi ikinci dəfə ailə qurub-qurmayacağı haqda sualları cavablandırıb. Dilarə daha sonra boşanmalardan söz açıb:

“Hər iki tərəf yenidən başqa cür xoşbəxt ola bilər. Bütün dostlarım deyir ki, mən çox yaxşı ana ola bilərəm. Düzdür, tələbkar olacam, amma üstünə də çox getmərəm. Səhvləri özü keçib anlasın qoy. Çərçivələr isə hər zaman lazımdır. Həyatda hər şey ola bilər. Bəlkə də övladlığa uşaq götürərəm, öz övladım olsa belə. Özüm də atasız böyümüşəm, o körpəyə demək istəyərəm ki, həyatın gözəl tərəfi də var. Bu, çox böyük savab işdir”.

Dilarə bildirib ki, xəyanəti heç vaxt bağışlamaz:

“Hər davada lap 5 il sonra da olsa, mən ona göstərəcəm ki, bu söhbət hələ mənim beynimdədir. İstərəm o desin ki, artıq bizdə alınmır. Çünki insan sevməyəndə qarşındakı səni qıcıqlandırmağa başlayır.

Keçmiş həyat yoldaşımla heç bir əlaqəm yoxdur. O Türkiyədə yaşayır, arada danışırıq. Mənim öz dostlarım var, həm artıq onunla dostluq nəyə lazımdır ki? Uşağımız olsaydı, bir bağlantı ola bilərdi. Biz normal şəkildə ayrıldıq”.

Müğənninin anasının ona iradlarını da açıqlayıb:

“Ana ilə bizim fikirlərimiz fərqlidir. O daha bağlı geyimlər məsləhət görür. Mübahisələr olur, amma artıq başa düşür ki, mən böyük qızam, öz beynim var. Bir iş olursa demeli, məqsəd var, layihə üçündür. Açıq-saçıq nəsə varsa, bu piarın bir hissəsidir. O bunu artıq başa düşür”.